Google-un 'Land Lines' adı verilən yeni proyektiylə Zach Lieberman və Matt Felsen bir araya gələrək yeni bir oyuna imza atdılar .
Google Image xidmətinin tam tərsi olaraq düşünülə bilən oyunda istifadəçilərin çəkdikləri xəttlər Google-un 50.000 peyk şəkli ilə uyğunlaşır .
Lieberman və Felsen kompüter görmə texnologiyasından istifadə edərək Google-un məlumat bazasında yerləşən peyk xəritələriylə istifadəçilərin çəkdiyi xəttləri müqayisə edən bir sistem yaratmağı bacardı.
Şəxsi kompüterlər və ya ağıllı telefonlardan istifadə edilərək oynana bilən oyunun "Draw" rejimində istifadəçilərin çəkdiyi rəsmlər dünyanın hər hansı bir yerində yola çevrilə bilir.
Oyunun "Drag" rejimində isə istifadəçilər mouse-u sürüklədiyi zaman bənzər yol görünüşləri arxa arxaya birləşir. Nümunə lazım olduğu halda ABŞ-dakı bir şose və ya Qətərdəki bənzər bir görünüşə sahib yolun arxasına əlavə oluna bilər.