Google Play-e virus düşdü !

Androidin rəsmi tətbiq mağazası olan Google Play-e virus düşüb. Digər tətbiqlərə də keçə bilən virus təhlükəsizlik açığına səbəb olur ! Həyatımızda əvəzsiz yer tutan ağıllı telefonları ağıllı edən tətbiq mağazasındakı tətbiqlərdir. Ağıllı telefonları ağıllı edən bu tətbiqlər isə təhlükəsizlik açığını özüylə birlikdə gətirir. Buna görə də tətbiq mağazasında təhlükəsizlik kritik əhəmiyyət daşıyır. Trend Micro nəzdində çalışan təhlükəsizlik tədqiqatçıları tərəfindən kəşf edilən yeni Android zərərlisi Google Play Store-dakı saysız-hesabsız tətbiqi yoluxdurmuş vəziyyətdədir. Google Play Store-dan əlavə başqa mağazalarda da kəşf edilən bu virus digər viruslardan bir az daha fərqlidir. VİRUS gizliliyi ortadan qaldırır ! İndiyə qədər çıxarılmış bütün Android cihazlarının az qala hamısına root səlahiyyəti qazandıra biləcək bir açığı istifadə edərək hücum edən virus, cihazınıza root səlahiyyəti verdiyində sizin xəbəriniz belə olmur. Root verildikdən sonra isə virusun edə biləcəklərinin sərhəddi yoxdur. Sizi hər cür mühitdə təqib edə hətta kameranızı belə açıb sizi izləyə bilər. Hindistan və İndoneziya başda olmaqla bir neçə Avropa ölkəsi və Amerikada kəşf edilmiş bu virus hələlik ölkəmizdə kəşf edilməyib. Google zərərli tətbiqləri mağazasından qaldırsa da tətbiq endirərkən diqqətli olmağınızda fayda var. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .