Nokia 6 (2018) təqdim olundu

Keçən ilin Yanvar ayında təqdim olunan Nokia 6 smartfonu təkminləşərək geri döndü.

Nokia 6 (2018) smartfonunun özəlliklərini incələyək:

Ekran: 5.5 inç, 1920×1080 piksel – Full HD, IPS

Prosessor: 2.2 GHz, Qualcomm Snapdragon 630

RAM: 4 GB LPDDR4 RAM

Yaddaş: 32 GB / 64 GB yaddaş, microSD

Arxa Kamera: 16 megapiksel, f/2 diafraqma, cüt LED arxa işıq

Ön Kamera: 8 megapiksel, f/2 diafraqma, 84 dərəcə görüş bucağı

Batareya: 3000 mAh

Əməliyyat sistemi: Android 7.1.1 Nougat

Bağlantı: WiFi 802.11 a/b/g/n, Bluetooth 5, FM/RDS, GPS, USB Type-C

Ölçü və ağırlıq: 148.8 x 75.8 x 8.6 mm

 

Nokia 6 (2018) modelinin ön panelindəki fiziki düymələr sensorlu düymələr ilə əvəz olunub. Barmaq izi skanı isə arxa paneldə yerləşdirilib. Nokia 6 (2018) Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Lakin yaxın zamanda o, Android 8.0 Oreo dəstəklənməsini alacaq. Yeni model hələki ilk növbədə Çin bazarında satışa çıxacaq. İlkin qiymət 230$ olacağı qeyd olunub.