Huawei Talkband B5 model ağıllı qolbaq təqdim edəcək.

Huawei və Xiaomi arasında güclü rəqabət var.

Huawei iyul ayının 18-də Talkband B5 Nova 3 model smartphone-nunu təqdim edəcək. Təqdim ediləcək cihazlardan olan Talkband-ın 2016-ci ildə B3 modeli bazara çıxarılmışdı. İndi isə şirkət B5 modelini yaxın zamanda bazara çıxarmaq istəyir. Talkband B3 modeli bluetooth qulaqcıq funksiyası kimi istifadə oluna bilirdi. Şirkətin B5 modelində də eyni funksiyadan istifadə edəcəyi görünür. Evan Blass tərəfindən sızdırılan şəkildən də göründüyü kimi ekran hissə rahatlıqla çıxarıla biləcək və bluetooth qulaqcıq kimi istifadə olunacaq. Talkband B5 modeli OLED ekrana və əvvəlki seriyadan daha böyük ölçülərə sahib olacaq. B5 modeli  yuxu izləyici, ürək döyüntüsü ölçmə və digər xüsusi özəlliklərlə təqdim ediləcək.