Honor-un prezidenti George Zhao təqdim ediləcək yeni smartphone-nun adının Honor Note 10 adlanacağını və 2 ildi bu smartphone üstündə işlədiklərini qeyd edib. Smatrphone-nun təqdimatı Çinin paytaxtı Pekində olacaq. Dəqiq təqdim edilmə vaxtı isə posterdə qeyd edilməyib.
Honor Note 10 smartphone-nun yeni özəliklərlə gələcəyi deyilir. Dizayn cəhətdən yəqin ki, çərçivəsiz və ekranın yan tərəfləri əyimli şəkildə olacağı görünür. Arxa hissənində şüşədən olma ehtimalı var. Ümumi gövdə isə metaldan olacaq. Arxa hissədə cüt kamera və onun altında isə barmaq izi sensoru yerləşdiriləcək. Təxminlərə görə Süper Amoled 6.9 düym ekrana və ekanın üst hissəsində yerləşən çıxıntıya ( notch ) sahib olacaq. Huawei-n Kirin 970 prosessoru və GPU hissəsində 60%-lik artımla GPU Turbo texnologiyası istifadə ediləcək.