Google-un aşağı büdcəli telefonlar üçün yaratdığı Android Go əməliyyat sistemi ilə işləyən telefonların sayı gündən-günə artır. Huawei-nin ilk Android Go-lu Y3 (2018) telefonu çinli istehsalçının rəsmi internet səhifəsində detalları ilə birgə tanıdılıb.
Ötən ay şirkət ilk Android Go-lu telefonu olaraq Y seriyasından bir modeli təqdim edəcəyini açıqlamışdı. Telefon ilk olaraq Cənubi Afrikada satışa çıxarılacaq.
Huawei Y3-ün (2018) xüsusiyyətləri
- Polikarbonat materialından hazırlanan cihazın ölçüsü 145.1 x 73.7 x 9.45mm, ağırlığı 180 qram olacaq;
- Ağ, boz və qızılı rənglərlə təqdim ediləcək Y3 (2018) modeli 854x480 piksel görüntü imkanına sahib, 16:9 çərçivə ölçülü, 5 düymlük ekrana sahibdir;
- MediaTek MT6737 prosessorlu cihaz 1 GB RAM-yə və 8 GB daxili yaddaş + microSD kart dəstəyinə sahibdir;
- Yaddaş sahəsini daha effektiv istifadə etmək üçün F2FS fayl sistemindən istifadə olunacaq. Telefon 2280 mAH batareya gücü ilə gələcək;
- Android Oreo (Go Edition) əməliyyat system işlədəcək Y3 (2018) Google-un aşağı büdcəli cihazlar üçün yaratdığı Go tətbiqləri ilə təmin olunacaq;
- Telefonun arxa tərəfində 8 MP-lik, LED fləş və avtofokus xüsusiyyətli, f/2.0 diafraqma açıqlığına sahib bir kamera, ön tərəfində isə 2 MP kamera mövcuddur;
- 4G LTE, 2.4 GHz Wi-Fi, Bluetooth 4.0 LE, GPS, microUSB 2.0, 3.5mm qulaqlıq girişi kimi bağlantı xüsusiyyətlərinə sahib telefonda barmaq izi oxuyucusu olmayacaq.
Huawei Y3-ün (2018) qiyməti və dünya bazarına nə zaman çıxarılacağı haqqında hələlik məlumat yoxdur. Qeyd edək ki, telefonun yuxarıda qeyd etdiyimiz modeldən az fərqli 2017 modelini ölkəmizdə 200 AZN-ə əldə etmək mümkündür.