Huawei Honor MagicBook notebook-u təqdim etdi.

Huawei yeni Honor MagicBook notebook-nu təqdim etdi. Honor MagicBook 12 saatlıq iş görməyə malik batareya sahibdir. Honor MagicBook incə və iş adamları üçün nəzərdə tutulub. Ən son texniki xüsusiyyətləri özündə birləşdirən Honor MagicBook, ağıllıdır, etibarlıdır və keyfiyyəti bizlərə hiss etdirə biləcək notebook-dur.

Honor MagicBook-un ekran gövdə nisbəti 81%-ə bərabərdir. 14 düymlük ekrana sahib olan bu model yüngül və incədir. Bu isə notebook-un daşınmasını daha rahat hala gətirir.

Texniki xüsusiyyətlərinə baxdıqda isə İ7-8550U prosessoru istifadə edilib. Ekran kartı isə MX150-dir. Bu isə GT 1030 ekran kartına bərabər sayılır. Bu ekran kartının VRAM-ı 2 GB GDDR5-ə sahibdir. Honor MagicBook modelinin 2 variantı var.

  1. İ7 prosessor 8 GB Ram və 256 GB SSD
  2. İ5 prosessor 4 GB Ram və 256 GB SSD

Honor MagicBook 180 dərəcə açılan qapağa malikdir. Honor MagicBook 1080p video keyfiyyətinə, 12 saatlıq veb axtarış və 13 saatlıq sənəd işlərini görməyə imkan verəcək batareya sahibdir.Batareya 57 Wh-dur.Həmçinin bu model Dolby səs sisteminə malikdir. Honor MagicBook-da barmaq izi sensoruda var. Məlumatlara görə bu barmaq izi kilidi 0.9 saniyəyə açılır.

 

Honor MagicBook notebook-u 2 qiymət seçimində təqdim ediləcək.

  1. İ7 prosessorlu model- 5699 yuan( təxmini 908$)
  2. I5 prosessorlu model- 4999 yuan( təxmini 796$)

Honor MagicBook notebook-u 23 aprel satışa təqdim ediləcək. Bu satış ancaq Çində baş tutacaq. Digər regionlarda satışa təqdim ediləcək vaxt bilinmir.