Huawei ilk olaraq yeni prosessorunda 7 nm çipindən istifadə edəcək. Huawei bunu edərsə dünyada bu hadisə ilk olacaq. Huawei-in Kirin 980 prosessorunda bu texnologiyadan istifadə olunacaq. 7 nm çipi Taiwan Semiconductor Manufacturing Company Ltd. (TSMC) tərəfindən istehsal ediləcək. Təxminlərə görə yeni prosessor Mate 20 modelində və 2019-cu ildə təqdim edilcək P seriyasında istifadə ediləcək. Yeni prosessor Kirin 980 güclü bir GPU ilə birlikdə Cortex-A75 nüvəsinə sahib olacaq. Həmçinin Huawei telefonlarını Bluetooth 5.0 ilə təqdim etməlidir. Çünki, ən son modelində Bluetooth 4.2 ilə təqdim edib.
Huawei Kirin 980 prosessoru ilə dünyada ilk yeniliyi edə bilər.
