Huawei Gaming telefon təqdim edə bilər.

Gaming telefonların sayı günü-gündən çoxalır.

Huawei yaxın zamanlarda  Gaming telefon təqdim edə bilər. Belə ki, yayılan şaiyələrə görə yeni Gaming telefon oyunçular üçün nəzərdə tutulub və bazarda olan rəqiblərinə qarşı şirkət tərəfindən çıxarılaraq öz istifadəçilərinin də bu yenilikdən istifadə etməsinə şəarit yaradacaq. Gaming telefonu digər marka telefonlardan fərqi isə şirkətin öz prosessoru ilə təchiz olunacağıdır. Kirin prosessorunun Turbo verisyası ilə təchiz ediləcək və daha üstün performans bizlərə təqdim edəcək. Kirin 970 və ya yeni prosessor olacaq Kirin 980 istifadə edilə bilər cihazda . Bu prosessor Turbo özəlliyi ilə GPU performansını 60% daha artıra biləcək. 30% isə enerjiyə qənaət edəcək. Bu isə çox yaxşı göstəricilərdir. Həmçinin telefonda ekran Full HD+ və yeniləmə sürəti 60Hz-dən yüksək olacaq. Çünki oyunçular üçün bu yeniləmə  sürəti böyük önəm daşıyır. Ram 6/ 8Gb ola bilər. Düzdü dəqiq məlumat yoxdu texniki xüsusiyyətlər barədə ,amma təxmin etmək o qədər də çətin deyil. Rəqiblərinə baxdıqda xüsusəndə Asus ROG Phone-a bu telefona rəqib olmaq çox çətin bir məsələdir. Çünki ASUS bütün Gaming xüsusiyyətlərini və yeniliklərini  bu telefonda cəmləşdirib.

Bu Honor Play-dır. Yeni Gaming Phone bundan tamamilə fərqli olacağı deyilir.