Huawei yeni mobil prosessor üzərində işləyir. Yeni prosessor Kirin 1020 adlanacaq. Bu prosessor Kirin 970-dən 2 dəfə daha güclü olacaq. Hələki bu prosessor haqqında mövcud bir məlumat yoxdu. 5G şəbəkəsi istifadəyə verildikdən sonra kütləvi istehsalına başlanılacaq və telefonlarda istifadə ediləcək. HiSilicon Kirin 970 prosessoru hal-hazırda ən yaxşı prosessorlar arasındadır və performans cəhətdən digərlərindən geri qalmır. Kirin 970 prosessorunun texniki xüsusiyyəltəri aşağıdakı kimidir.
8 nüvəli , Cortex A73 2.4 GHz və Cortex A53 1.8 GHz saat sürətinə malikdir. Mali G72MP12 GPU-a malikdir ki, bu isə əvvəlki prosessordan 20% daha performanslı və 50 daha səmərəli istifadə imkanı təqdim edir.
Kirin 980 prosessoru haqqında məlumatlar çixmışdı. Snapdragon 845-dən üstün sayılır. Kirin 980 prosessoru 7 nm-li texnologiyaya sahib olduğu üçün üstündür. Lakin prosessor hələki təqdim edilmiyib.