ABŞ-ın ZTE firmasına qadağalar qoyması ilə yaranan vəziyyət Huawei şirkətinin bu vəziyyətdən narahatlığı səbəbindən özünün ehtiyat planının bir hissəsi olaraq Android-ə rəqib olacaq bir əməliyyat sistemi hazırladığı ilə bağlı xəbərlərin yayılmasına səbəb oldu.
Ötən günlərdə ABŞ ZTE şirkətinə elə bir qadağalar qoydu ki, bu hal hətta ZTE-dən Android sistemindən istifadə etməsi üçün lazım olan lisenziyanın belə alınmasına səbəb ola bilər. Bu gərginlik şəraitində digər şirkətlər yarana biləcək istənilməz vəziyyətdən çıxmaq üçün təbii olaraq ehtiyat plan hazırlıqlarına ehtiyac duyurlar.
ABŞ-ın son dövrlərdə Çin və Cənubi Koreyalı elektronika şirkətlərinin yüksəlişinə zərbə vurmaq istəkləri bu ehtiyat plan işini Çinin nəhəng texnologiya şirkəti Huawei-ni də narahat edir.
South China Morning Post mənşəli bir məlumata əsasən, Huawei eyni ssenari ilə qarşılaşmamaq üçün çoxdan özünün əməliyyat sistemini hazırlayıb, lakin bunu hələ ki, ən pis hal ssenarisi üçün nəzərdə tutub.
Bəzi deyimlərə əsasən, bu əməliyyat sisteminin adı Kirin ola bilər. Qeyd edək ki, bu söhbətlər hələ 2012-ci ildə də səslənirdi. Bu lokal əməliyyat sistemini son çarə olaraq istifadə etmək faydalı olsa da, smartfon bazarının 99%-nin Android və iOS istifadə etdiyini nəzərə alsaq bunun intihara aparan yol olduğunu da deyə bilərik.
Huawei-nin təsisçisi Ren Zhengfei-nin sözlərinə əsasən:
Əməliyyat sistemi hələ ki, gün üzünə çıxa bilmir. Çünki bu sadəcə olaraq Android kimi yaxşı deyil. Bununla yanaşı başqa bir problem isə əməliyyat sisteminin üçüncü tərəfin dəstəyinə kifayət qədər malik olmamasıdır. Biz öz əməliyyat sistemimizi ərsəyə gətirsək də, Google-un tətbiq və xidmətlərinin hələ də istifadə olunması mümkündür. Amma bu, yenə də əməliyyat sistemindən asılı olan məsələdir.
Hələ ki, ABŞ tərəfindən hər hansı bir sərt qərar verilmədiyi bir şəraitdə Android-in mövcud zəngin infrastrukturundan faydalanmağa davam edəcəklər. Daha böyük ehtimalla deyə bilərik ki, Huawei öz əməliyyat sistemindən istifadə edərsə bu müəyyən qədər şirkətin Çində və bütün dünyada imicinə xələl gətirə bilər.