Huawei bir müddətdir gündəmdə olan yeni ağıllı saatını rəsmi olaraq tanıtdı. Huawei Watch 2 (2018) adlı cihaz əvvəlki model Watch 2 Pro ilə olduqca oxşar dizayna sahibdir. Watch 2-nin (2018) sələfindən ən böyük fərqi 4G bağlantı ilə gələn nanoSİM, eSİM seçimlərinə sahib olmasıdır.
NanoSİM və eSİM versiyalarından başqa sadəcə bluetooth dəstəyi olan aşağı büdcəli versiya da mövcuddur.
Xüsusiyyətləri
Yeni ağıllı saat:
- Gorilla Glass qoruması olan 1.2 düym OLED ekrana (390 x 390 piksel)
- 57 qram ağırlığa
- 45 x 48.9 x 12.6 həcminə
- IP68 sertifikatına, yəni suya və toza qarşı dözümlülüyə sahibdir
Texniki xüsusiyyətlər:
- Snapdragon 2100 çipset
- 768 MB RAM və 4 GB daxili yaddaş
- NFC xüsusiyyətilə Huawei Pay və Ali Pay kimi mobil ödəmə sistemi dəstəyi
- eSİM, nanoSİM nömrə dəstəyi
- Onlayn musiqi dinləmə
- İnternet xidmətlərindən yararlanma
- GPS dəstəyi
Saat gün ərzində sərf edilən enerji və ürək döyüntülərini , gecə isə yuxu keyfiyyətini izləyir.
Orta istifadə zamanı batareya 1.5 gün, 4G istifadə edildikdə isə 1 gün dözə bilir. Batareya 100 dəqiqədə tamamilə enerji yığa bilir.
Artıq satışda olan Huawei Watch 2 (2018):
- eSIM ve nanoSIM versiyası 310 dollara
- Sadəcə Bluetooth bağlantısı olan versiya 240 dollara təklif edilir.