WhatsApp-ı satın alan Facebook, tətbiqin yenə də ödənişsiz olaraq xidmət edəcəyini amma bunun qarşılığında WhatsApp istifadəçilərinin məlumatlarını toplayacağını elan etmişdi. "İnternetdə gizlilik" qanunlarına əks olan bu açıqlamadan sonra Avropa Şurası Facebook barəsində istintaq başlatmışdı.
Bütün bu baş verənlərin nəticəsi kimi bunu deyə bilərik ki, - Amerikalı Facebook, Avropa Şurası qarşısında boyun əyib. Belə ki, Facebook və WhatsApp Avropa Şurasının bu mövzudakı qanunlarının yaratdığı problemlərə çarə tapana qədər bir-birilə məlumat mübadiləsi etməyəcək. Bəs, bugünə qədər məlumat mübadiləsi necə edilirdi?
Məsələn, WhatsApp-dan bir tanışınıza link göndərdiniz. Bu linklə əlaqəli reklamlar sizin Facebook hesabınızda görünməyə başlayırdı. Bu tip şəxsi məlumatların "oğurlanması" görülən tədbirlərdən sonra yəqin ki, birdəfəlik dayandırılacaq. Lakin yayılan məlumatlara görə Facebook bu maneəni aradan qaldırmaq üçün ciddi iş rejiminə keçib. Bu iki platforma arasındakı gərginliyin sonunun necə olacağını isə zaman göstərəcək.