Apple iOS 11.1.1 yeniləməsini təqdim etdi

Yeni əməliyyat sistemi iOS 11.1.1

Bu gün Apple iOS 11.1.1, iOS mobil əməliyyat sisteminin ən son versiyasını təqdim etdi. iOS 11.1 sistemindən bir həftə sonra gələn iOS 11.1.1 yeniləməsi bəzi problemləri aradan qaldırıb. Bu yeniləmə 2 əsas məsələni həll edir.

Birincisi, iOS 11.1.1 "i"-ni "A"-ya çevirərək insanların ingiliscə "Mən" yazmasına problem törədən "Autocorrect" əməliyyatında bəzi düzəlişlər edib. 

Həmçinin, yeni iOS versiyası olan "Hey Siri"-nin dayandırılmasına problem törədən bəzi amillərdə dəyişiklilər olmuşdur.Bu problemlərlə yanaşı proqram performansına təsir göstərən kiçik düzəlişlər də edilmişdir.

Hələ də yeniləmə bildirişi almamısınızsa prosesi başlatmaq üçün İPhone və ya İPad-də Settings> General> Software Update

daxil olub prosesi başladın.