iOS 11 ilə istifadəçilər artıq iMessage tətbiqində Apple Pay ilə bir-birilərinə pul göndərə biləcəklər. Əlavə olaraq iMessage-in sinxronizasiyası təmin edilib. Elə ki, artıq telefonunuzdan sildiyiniz mesajlar MacBook-dan da silinəcək.
iOS 11 ilə kamera tətbiqində də yaxşılaşdırmalar olacaq. Artıq çəkilən şəkillər daha az yer tutacaq.
Yeniliklərdən biri və bəlkə də ən çox seviləni idarə mərkəzinin (control center) dəyişməsidir. İdarə mərkəzindəki tətbiqləri özünüz seçə və mobil interneti açıb-bağlaya bilərsiniz.
Apple xəritələr artıq alış-veriş mərkəzlərinin içərisini də göstərəcək. Ancaq bu özəllik yalnız böyük ölkələrdə işləyəcək.
Apple Music də iOS 11 ilə yenilənənlər sırasındadır. Spotify və bir neçə oxşar tətbiqdə olduğu kimi artıq Apple Music-də də sosial platforma yaradılacaq. Bu platformada dostlarınızı izləyə biləcəksiniz.
iOS 11 yeniləməsini alacaq cihazlar: iPhone 5s, iPhone SE, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhone 7 Plus, iPad Air, iPad Air 2, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro və 9.7 düym iPad Pro.
iOS 11 nə zaman istifadəyə veriləcək?
iOS 11 sentyabr ayında iPhone 7s və iPhone Edition modellərinin təqdimatından sonra bütün istifadəçilərə təqdim olunacaq. O vaxta qədər isə iOS 11-in Beta versiyasını istifadə edə bilərsiniz.