Apple şirkəti iOS-da açıq tapanlara 200 000 dollara qədər pul ödəyəcək!

Apple şirkəti Bug Bounty adlandırılan proqram təminatında açıq tapanlara hədiyyə olaraq pul ödəmə sistemini rəsmi olaraq başlatdı. Proqram 1 sentyabr tarixindən start götürəcək! ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan Black Hat konfransında Apple şirkəti artıq iOS-da bug adlandırılan açıqları tapan və bunu düzgün bir şəkildə açıqlayan proqramistlərə 200 000 dollara qədər mükafat verəcəyini elan etdi.


Hər nə qədər stabilliyi və möhkəmliyi ilə öyünsə də iOS-da da bəzi açıqlar ortaya çıxır. Bu açıqların istifadəçi təhlükəsizliyini zədələməməsi və anında həlli üçün Bug Bounty adlı proqramı başladan Apple şirkəti beləcə özü açığın fərqində olmadan proqramistlərin taparaq özlərinə bildirməsiylə qısa müddətdə problemə həll yolunu tapacaq. Onsuzda hal-hazırda Google, Facebook və Microsoft bu tərz bir sistem ilə öz sistemlərində açıq tapan şəxslərə ödəniş edir, xüsusilə Google ötən il Android üçün tapılan açıqlara mükafat olaraq 2 milyon dollar kimi yüksək bir məbləğdə Bug Bounty payladı. Apple şirkətinin bu qərarından sonra həm mükafat almaq üçün tez-tez açıq axtaracaq bir kütlə yaranacaq, həm də eyni zamanda iOS beləcə daha güclü olmuş olacaq. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .