Rəsmi mənbədən Xəbərdarlıq ! iOS 10 yükləməyin !

Əgər hələ iOS 10 yükləməmisinizsə bir az da gözləyin , çünki Apple çox əhəmiyyətli bir səhvi aradan qaldırmaq üçün çalışır. Apple yeni əməliyyat sistemi iOS 10-u bir çox mobil cihaz üçün təqdim etdi. Çox təəssüf ki , yeniləmə istifadəyə buraxıldığı andan səhvlərin ardı kəsilmədi. İndi də T-Mobile Apple mobil cihazları istifadə edənləri xəbərdar etdi. T-Mobile yalnız Amerikadakı müştərilərini deyil, bütün dünyadakı iPhone 6, iPhone 6 Plus və iPhone SE istifadəçilərini xəbərdar etdi. Firma bu cihazlara sahib kəslərin iOS 10 yeniləməsini hələlik yükləməməsini məsləhət gördü . iOS 10 əlaqə probleminə səbəb olur Bu cihazlar iOS 10-dan qaynaqlanan bir səhvdən dolayı internet əlaqələrini itirirlər və bir çox əlaqə problemi yaşayırlar. Hadisənin qaynağı isə T-Mobile rəsmi Twitter hesabı oldu.


Problemin 24 və 48 saat arasında həll ediləcəyi bildirildi və istifadəçilərin həmin cihazlara yeniləmə etməməsi təklif edildi .Yeniləmədən sonra cihazınızdakı əlaqə xüsusiyyətləri düzgün çalışmaya bilər. Əgər iOS 10 yeniləməsindən sonra cihazınızda bağlantı problemi yaşanırsa problem həll olunmayana qədər etməniz lazım olan əməliyyat olduqca cansıxıcıdır . Bağlantını geri gətirmək üçün cihazı yenidən başlatmaq lazımdır. Yenə gedərsə yenə eyni əməliyyatın tətbiq olunması lazımdır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .