Asphalt Street Storm Racing Android və iOS istifadəçiləri üçün yayımlanıb. Asphalt seriyasının ən son oyunu kimi çıxan Street Storm Racing dinamik drag yarışları ilə oyun həvəskarlarına xoş anlar yaşatmağı vəd edir.
Mobil oyun platformasının ən sevilən firmalarından biri olan Gameloft yeni bir drag yarışı mövzulu oyununu yayımladı. Yarış oyunları ilə maraqlanan bir çox insanın sevdiyi Asphalt seriyasına yeni əlavə olunan Street Storm Racing oyununda 4 nəfərə qədər multiplayer drag yarışları edə biləcəksiniz.
Gameloft-un digər oyunları kimi konsul keyfiyyətində grafikləri ilə diqqət çəkən Asphalt Street Storm Racing-də hadisələr 3 şəhərdə cərəyan edir. Yarışlar Nyu-York, Paris və Hong Kongun möhtəşəm mənzərələrində keçirilir. Edəcəyiniz yarışlarda ortaya müəyyən bir miqdarda pul qoya bildiyiniz kimi əgər özünüzə inamınız çoxdursa birbaşa olaraq avtomobilinizi də qoya bilərsiniz. Oyun bu mərc görüntüləri ilə insanlara əfsanəvi Forsaj seriyasının ilk filmini xatırladır.
Normal drag yarışlarından riskli mərc özəlliyi ilə fərqlənən Asphalt Street Storm Racing qısa bir müddət ərzində müsbət rəylər almağı bacarıb.
Havanın hər an dəyişə biləcəyi bir atmosferdə keçən oyunda hava şəraiti yarışlara birbaşa təsir edir. Ona görə də nitrodan istifadə edərkən hava şəraitini də nəzərə almaq lazımdır.
Oyunda çox sayda avtomobil modeli var. Köhnə tip Muscle-lardan hal-hazırki lüks avtomobillərə qədər bir çox avtomobilin yer aldığı Asphalt Street Storm Racing oyununda bütün bu avtomobillər lisenziyalı şəkildə təqdim olunur.
Asphalt Street Storm Racing oyununu aşağıdakı keçidlərdən ödənişsiz olaraq yükləyə bilərsiniz.
Asphalt Street Strom Racing Google Play-də!
Asphalt Street Strom Racing App Store-da!