Apple dünən axşam saatlarında iOS 10-u təqdim etdi . Qısa zaman sonra istifadəçilər telefonlarının kilidə düşdüyündən şikayətlənməyə başladılar . Bu ciddi texniki problem olmasa da , istifadəçilərin narahatçılığına və cihazın müvəqqəti olaraq istifadə edilməz hala düşdüyünə səbəb olur .
Apple bu problemdən çıxış yolunu açıqladı . Aşağıdakı addımları tətbiq edərək iPhone və ya iPad-inizi əvvəlki halına gətirə bilərsiniz:
iPhone-unuzu və ya iPad'inizi komputerə qoşun, daha sonra iTunesu açın.
Bu anda telefonunuzu yenidən başlatmağa məcbur edib təhlükəsiz rejimə çevirməlisiniz . Bunun üçün power və ana ekran düymələrinə eyni anda basıb gözləyin. Recovery rejimi ekranda görünənə qədər bu şəkildə gözləyin.
Bir az sonra iTunesdan yeniləmə yoxsa yenidən quraşdırma etmək istədiyiniz haqqında bir pəncərə görəcəksiniz. Yüklə variantını seçərək davam edin.
Əgər quraşdırma 15 dəqiqədən daha uzun çəksə ilk 3 addımı təkrarlayın.
Yüklənme tamamlandığı zaman davam edin və prosesi tamamlayın .
Yuxarıda saydığımız addımlar cihaz problemlərini həll edəcək. Əks təqdirdə Apple-ın proqram təminatındakı problemlər haqqında bölməsindəki AppleCare xəttinə zəng edə bilərsiniz.Bu problemin müvəqqəti olduğunu və Apple tərəfindən həll edildiyini bir daha tekrarlayırıq. Əgər indi iOS 10 yeniləməsini qəbul etsəniz böyük ehtimalla problem yaşamayacaqsınız. Hər nə olursa olsun, yeniləmə əməliyyatına başlamazdan əvvəl iTunes və ya iCloud üzərindən cihazınızın ehtiyat nüsxəsini almağı untmayın .
Mənbə: teknoblog.com