Android 9.0 P nə vaxt təqdim olunacaq?

Yeni Android əməliyyat sisteminin təqdimat tarixi ilə bağlı məlumatlar yayılıb.

Google, mart ayının 8-də təşkil edəcəyi Google I/O 2018 tədbirində yeni Android versiyası olan Android 9.0 P-ni tanıdacaq. Yeni özəlliklər ilə gücünə güc qatması gözlənilən Android P yeniləməsinin nə vaxt yayımlanacağı haqqında bugün ilk məlumatlar gəlib. Yayılan məlumatlara görə Android 9.0 P developerlər üçün mart ayının ortalarında istifadəyə veriləcək. Yayımlanacaq yeni versiya ilk olaraq Pixel, Pixel XL, Pixel 2 və Pixel 2 XL modellərinə göndəriləcək.

OTA vasitəsilə təqdim edilməsi gözlənilən developerlər üçün Android P versiyasının mart ayının sonlarına doğru imic sənədləri də yayımlana bilər. Başqa bir məlumata görə isə Android 9.0 P yayın ortalarında bu əməliyyat sistemini dəstəkləyən bütün Android smartfonlara rəsmi olaraq təqdim olunacaq.

Android P əməliyyat sisteminin ilk olaraq istifadəyə veriləcəyi cihazlar siyahısında Pixel, Pixel XL, Pixel 2, Pixel 2 XL və Android One platformasında istehsal edilən cihazların olduğunu da sonda qeyd edək.