Android 8.0-ın mənbə kodlarını əldə etməyi bacaran developerlər bu versiyanın "oc-dev" adı ilə kodlaşdırılmasını aşkara çıxarıb. Bəs buradakı OC nə deməkdir? Əksər insanlar OC-nin açılışının Oatmeal Cookie, yəni yulaf yarması olduğunu düşünür.
Android 7.0 ilk təqdim olunduğu vaxt bu versiyanın adının Nutella olacağı haqqında xəbərlər yayılmışdı. Lakin hər kəsi aldatmağı bacaran Google sonda Android 7.0-ın Nougat adlandırıldığını elan etmişdi.

Təxminlərimizə görə Google Android 8.0 ilə yenə də bizləri aldatmağı planlayır. Düşünürük ki, şirkət yeni Android versiyasını Oreo deyil, Oatmeal Cookie adlandıracaq. İlin sonlarına doğru Pixel və Nexus cihazlarına gəlməsi gözlənilən Android 8.0 versiyasının hansı adı daşıması isə çox maraqlıdır.