Google cəbhəsində isə işlər heç də yaxşı getmir. Android telefon istehsal edən şirkətlərdən qaynaqlanan problemlərə görə satışda çox sayda üst səviyyəli telefon olmasına baxmayaraq Android 7.0 Nougat-ın istifadəsi 1,2% səviyyəsindədir. Android cəbhəsində lider 30,7% istifadə göstəricisi ilə Marshmallow-dur.
Önümüzdəki aylarda yeni Android versiyası Android 8.0 Oreo0nun təqdim ediləcəyi gözlənilir. Bu yeniləməni ilk olaraq Google Pixel və Android One cihazlarının alacağını da bildirək. Google Android 8.0-la İOS-la arasındakı böyük fərqi azalda biləcəkmi fikri isə hələ də sual altındadır.