Mərkəzi ABŞ-da yerləşən Checkpoint adlı təhlükəsizlik şirkəti Qualcomm Snapdragon prosessorunu istifadə edən Android əməliyyat sistemli cihazlarda ciddi bir təhlükəsizlik açığı olduğunu irəli sürdü!
Üzərində aparılan işlərlə artıq digər əməliyyat sistemləri qədər axıcı, sürətli və qərarlı bir əməliyyat sistemi halına gəlsə də Android əməliyyat sistemi hələ iOS kimi platformalara görə açıq-kodlu olması səbəbiylə daha çox təhlükəsizlik təhdidiylə qarşı-qarşıyadır.
Android əməliyyat sistemlərindəki təhlükəsizlik açıqlarıyla bağlı yeni bir iddia təhlükəsizlik şirkəti Checkpoint tərəfindən irəli sürüldü.
Checkpoint şirkəti Qualcomm Snapdragon çipsetiylə çalışan cihazlardakı çipset proqramı səbəbiylə təhlükəsizlik açığı olduğunu və pis niyyətli xakerlərin bu açıqdan faydalanaraq istifadəçilərin məlumatlarını əldə edə biləcəyini bildirib.
Ötən günlərdə elan edilən bu təhlükəsizlik açığının prosessorlarla əlaqəli olması və ümumi Android proqramlarından asılı olmaması, eləcə də şirkətlərin verəcəyi yenilənmənin bu problemi həll edə bilməyəcəyinin deyilməsi daha böyük bir narahatlığa səbəb oldu.
Şirkət hal-hazırda bazarda olan Snapdragon çipsetiylə çalışan 900 milyondan çox Android cihazda bu açığın olduğunu iddia edir.
Belə bir açıq olmaya bilər!
Checkpoint adlı şirkət belə bir fikir irəli sürmüş olsa da illərdir Qualcomm Snapdragon ilə çalışan cihazlarda belə bir açıqdan istifadə edərək Android istifadəçilərinin məlumatlarının əldə edilməsi görülməyib. Eyni zamanda bu günə qədər bu açığa nə Qualcomm, nə Google, nə də digər istehsalçıların rastlamamış olması bu təhlükəsizlik açığının doğru olmadığı ehtimalını ciddi mənada qüvvətləndirir. Təbii ki yenə də qəti danışmaq doğru olmaz.
Necə tədbir görmək olar?
Checkpoint-in iddia etdiyi bu məlumat əgər doğrudursa çipset proqramıyla əlaqəli bir vəziyyətdə istehlakçının görə biləcəyi ciddi bir tədbir yoxdur. Yalnız etibar etdiyiniz tətbiqləri yükləyib, etibarlı saymadığınız mənbələrdəki tətbiqləri heç bir şəkildə yükləməməyiniz cihazın qorunmasına kömək edəcək.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .