Android 7.0 Nougat yenilənməsini ilk olaraq yayımlayacaq markalar bilinməyə başladı. Gələn ilk xəbərlərə görə ortaya çıxan yeniləmə cədvəli gözləniləndən daha fərqlidir.
Hələlik yeniləmə ilə bağlı informasiya verməyən şirkətlər isə Android 7.0 Nougat yenilikləri üzərində işlərinə davam edir. Bəzi markalar isə yeniləmə üzərindəki işlərini tamamlayaraq yeniləmənin Nexus və Android One cihazları üçün verilməsini gözləyirlər. Bəs ilk olaraq hansı markalar Android Nougat yenilənməsini yayımlayacaq?
Təqdim edəcəyimiz bu siyahıda böyük ehtimalla Android 7.0 Nougat yenilənməsini alacaq ağıllı telefonlarla tanış ola bilərsiniz:
HTC
Yeniləməni ilk yayımlayacaq olan markaların içərisində HTC başda gəlir. Bu il Google ilə birlikdə Nexus telefonlarını da bazara çıxaracaq olan HTC şirkəti Nexus-dan Android Nougat-ı öz cihazlarına da daşıyacaq. Şirkət saf Android-ə yaxın və axıcı bir interfeys istifadə etdiyi üçün təxminlərə görə 2016-ci il müddətində Android 7.0 Nougat yenilənməsini yayımlayacaq.
Motorola
Bir zamanlar Google-ın sahibi olduğu və hal-hazırda fəaliyyətlərinə Lenovo tərkibində davam edən Motorola demək olar ki, saf Android interfeysi istifadə edir. Motorola da 2016-ci il bitmədən yeniləmə verməsi gözlənilən markalar arasında ilk sıralardadır.
Huawei
Fərqli bir şəkildə Emotion UI interfeysiylə klassik Android-ə görə çox daha fərqli və özəlləşdirilə bilən bir interfeys təqdim edən Huawei tez tərpənərək yeniləməni hazırlayan markalar arasındadır. Hətta Huawei P9 cihazı üçün səhvən Android Nougat yenilənməsini yayımlayan və ardından sürətli bir şəkildə yeniləməni geri çəkən şirkətin də 2016-ci ilin sonuna qədər Android 7.0 Nougat yenilənməsini verməsi gözlənilir.
Sony
Xperia Z3 modelindən etibarən öz interfeysini saf Android-ə daha çox yaxınlaşdıran Sony şirkəti də yeniləməni ilk verəcək markalar arasında yer alır. Şirkətin dekabr 2016 -yanvar 2017-ci il tarixlərində yeniləməni yayımlayacağından danışılır.
Samsung
Ötən illərdəki modelləri üçün yeniləmə mövzusunda yaxşı bir peformans göstərməyən Samsung şirkəti TouchWiz interfeysinin əlavə detalları səbəbiylə yeniləmə üzərində digər şirkətlərə görə daha çox çalışır. Ancaq şirkətin avqust ayında təqdim edəcəyi Galaxy Note 7 modelinə 2016-cı ilin son günlərinə doğru Android 7.0 Nougat yenilənməsini verəcəyi söylənilir. Daha sonra yanvar-fevral 2017-ci il tarixlərində S7 və S7 Edge üçün yeniləmə veriləcəyi gözlənilsə də şirkətin daha əvvəlki cihazları üçün nə zaman yeniləmə verəcəyinə dair hələlik məlumat yoxdur.
LG
Davamlı olaraq yeniləməni erkən yayımlayıb ardından problemlər səbəbiylə geri çəkməsiylə tanınan LG-nin G5 cihazı üçün dekabr 2016-cı il tarixində Android 7.0 Nougat yeniləməsini verəcəyi təxmin edilir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .