Android Nougat gələcək Samsung Galaxy modelləri!

Android 7.0 Nougat-ın gələcəyi Galaxy modellərinin adı açıqlandı.
Android 7.0 Nougat-ın gələcəyi modellərin adı rəsmən açıqlandı. Bu da Samsung-un elan etdiyi modellərin siyahısı:

Galaxy Note5
Galaxy A3
Galaxy A5
Galaxy A7
Galaxy A8
Galaxy J5
Galaxy J7
Galaxy J7 Prime
Galaxy On5
Galaxy Tab A




Yeniləmə Samsung Galaxy modellərinə nə vaxt gələcəkdir?

Samsung-un rəsmi saytında paylaşdığı məlumatlara əsasən yuxarıdakı siyahıda adı keçən modellərə yeniləmə aprel ayından etibarən gələcəkdir. Galaxy S7, Galaxy S7 Edge, Galaxy S6 və Galaxy S6 Edge də daxil olmaqla bəzi modellər artıq 7.0 Nougat yeniləməsini alıblar.

Android Nougat yeniləməsi üçün cihazın daxili yaddaşında 1,5 GB boş yerin olması lazımdır. Yeniləmə gələndə Tənzimləmələr>Cihaz haqqında bölməsindən yükləyə bilərsiniz.