Bazarda prosessor istehsalçılarından olan İntel 2018-ci inlin 2-ci yarısında 22 nüvəli( core ) prosessoru istehsal edə bilər. Prosessor Skylake-X ailəsinə aid olacaq və LGA 2066 yuvası istifadə ediləcək. 14 nm texnologiyası ilə istehsal ediləcək. Prosessor 2.6 GHz normal, turbo boost isə 4 GHz sürətində işləyəcək. 24.75 MB L3 keş yaddaşa sahib olacaq. 2018-ci ilin Q3 dövründə satışa təqdim edilməsi və qiymətinin 2000 dollar olmassı gözlənilir. Onuda qeyd edək ki, yaxın zamanda AMD Threadripper 2 prosessorlarını təqdim etdi. Görək 2 prosessor arasında rəqabət hansı dərəcədə olacaq.