Yeni nəsil prosessorunun bu il kütləvi istehsalına başlamalı olan İntel şirkəti Cannon Lake prossesoru haqqında yenidən təxirə salma qərarı verib.
İntel-in son dövrlərdə yeni nəsil prosessorlar bazarında çox da yaxşı davrandığını demək müşkül məsələdir. Verilən açıqlamalarda ikinci dəfə təxirə salınan Cannon Lake prosessorlarının kütləvi istehsalının 2018-ci ildən 2019-cu ilə keçirildiyi bildirlib.
İntel şirkəti öz prosessorlarını 14 nanometrlik istehsal formasını ləğv edərək, 10 nanometrlik istehsal məsələsində olduqca qərarlıdır və özünün bu məhsullarının TSMC və Samsung-un məhsullarından daha daha yaxşı olduğunu açıqlayıb. Bunan əlavə, bildirilib ki, şirkət Cannon Lake prosessorlarını az sayda istehsal edir.
14 nanometr və 10 nanometr prosessorlar arasındakı fərqlər
Ötən ay Apple-ın 2020-ci ildə İntel Core-dan istifadəni dayandıracağı və öz istehsalı olan prosessorlardan istifadə edəcəyi xəbəri yayılmışdı. İntel AMD şirkətindən daha öndə olması ilə maddi mənada sıxıntı yaşamsa da, bir müddət əvvəl ağıllı eynək məhsulunun istehsalını da təxirə salması şirkətdə işlərin istənilən qədər yaxşı getməməsini göstərir.
Tam olaraq bu təxirə salma qərarlarına nələrin səbəb olması rəsmi olaraq açıqlanmasa da, bunun bir səbəbinin işçilərlə bağlı olduğu güman edilir. Gələcək günlərdə işlərin nə yerdə olacağını gözləyib, görəcəyik.