İntel yaxın zamanlarda yenidən öz istehsal etdiyi prosessorlar üçün yeniləmə təqdim etdi.İntel Spectre virusunun qarşısını almaq üçün belə bir addım atdığını qeyd etdi.Yeniləmələr İntel-in Core 6,7,8 ci nəsillərinə və X seriyasına təqdim edildi.Bu yeniləmə ilə İntel Xeon və İntel Xeon D prosessorlarıda qorunacaqdır.Yeniləmələr OEM istehsalçı proqram təminatı vasitəsi ilə göndəriləcəkdir.
İntel daha əvvəllər Spectre virusunun qarşısını almaq üçün bir neçə dəfə yeniləməni istifadəçilərə göndərmişdir.Bu yeniləmələrdə olan bəzi problemlər istifadəçilər tərəfindən İntel-ə bildirildi.İntel isə daha da təkmilləşdirirək yenidən yeniləmələri istifadəçilərə göndərdi.Hətta İntelin icraçı drektor köməkçisi Navin Shenoy ,bu yeniləmələrdə olan problemlə bağlı ,yeni yeniləmənin göndəriləcəyini və problemlərin tam aradan qalxacağı haqqında məlumat vermişdir.
Bundan əlavə Meltdown və Spectre virusları porsessorların daxilində yerləşir.Yəni bu virusların qorunması o qədərdə asan deyil.Ancaq istənilən peşəkar insan asanlıqla bu viruslardan istifadə edərək insanların şəxsi məlumatlarını asanlıqla ələ keçirə bilərlər.Ona görə bu viruslardan qorunmaq o qədərdə asan deyil.Biz bu virusların qarşısında aciz qalırıq və hər hansı bir müdaxilədə heçnə edə bilməyəcəyik.