İntel yenə bir problemlə qarşılaşıb. Belə ki, İntel-də tapılan yeni bir açıq ilə UEFI( Unified Extensible Firmware Interface) yazılımına asanlıqla müdaxilə edilə bilər.
UEFI nədir?-Kompyuterlərdə olan BİOS-un daha təkmilləşmiş versiyasıdır və göy rəngdə olan BİOS-dan öz menusu və interfeysi ilə tamamilə fərqlənir. Həmçinin bu UEFI yazılımı elə bir təsəvvür yaradır ki, sanki kompyuterimizə yeni bir əməliyyat sistemi yükləyirik. Həmçinin UEFI ilə bütün quraşdırılmış yaddaşlara daxil olmaq mümkündür.
Problem budur ki, EEPROM çipində saxlanılan UEFI BIOS məlumatları rahatlıqla oxuna bilir. Bu isə məlumatların əldə edilməsinə şərait yaradır. Bu problem isə BIOS-un təzələnməsinin qarşısını ala bilər. Bu problemin ən pis tərəfi odur ki, EEPROM çipindəki məlumatlar tamamilə silinə bilər. Bu isə kompyuterin açılmasını belə mümkünsüz hala gətirəcək. Problemin 5-ci nəsil Broadwell prosessorlarına qədər olan bütün platformalarda oluğu deyilir. İntel bu problemə görə BIOS güncəlləməsi hazırlayıb və anakart istehsalçılarına göndərib.