Sizlərə İntel-in ekran kartlarına xüsusi fikir verəcəyini əvvəlki xəbərlərdə sizlərə bildirmişdik. AMD-dən ayrılan Raja Koduri İntel-ə qoşulmuşdu və öz yeniliklərini İntel tərəfində həyəta keçirməyə başlayıb. Bazarda ekran kartları arasında AMD və Nvidia rəqabəti var. Düzdü AMD-nin ekan kartları tam yuxarı səviyyəni əhatə etməsədə, özünün alıcıları var. Nvidia isə AMD-dən daha yaxşı və performanslı ekran kartları istehal etdiyi üçün bazarda ən çox satılan ekran kartları Nvidia-ya aiddir. İntel-in bazara girməsi isə bazardakı rəqabətin 3-ə bölünməsi deməkdir. İntel-in CEO-su Brian Krzanich ekran kartlarının 2020-ci ildə bazara çıxarılacağını təsdiq etdi. Raja Koduri-nin İntel-də daha yaxşı işlər görəcəyi haqqında məlumatlar var. Görək İntel 2020-də bizləri heyrətləndirə biləcək.