Bilirik ki, hal-hazırda bazarda 2-ci nəsil Ryzen prosessorlarda 12 nm texnologiyasından istifadə edilir. Yayılan xəbərlərə görə İntel-in 10 nm texnologiyasına sahib ilk prosessoru artıq bilinir. Düzdü İntel 2014-dən bu yana 10 nm texnologiyasına sahib prosessorlar istehsal etməyi qarşısına məqsəd qoysada bu məqsəd gecikir. Güman edilir ki, İntel bu il təqdim edəcəyi Coffee Lake və İce Lake prosessorları 10 nm texnologiyasına sahib olar bilər. Hal-hazırda 8-ci nəsil prosessorlar 14 nm texnologiyasına sahibdir.
Lenovo-nın təqdim edəcəyi notebook ( 10 nm-li prosessor İ3-8121U )
Bu nm texnologiyası prosessorlar üçün çox əhəmiyyətli bir xüsusiyyətdir. İntel-in 10 nm texnologiyasına sahib prosessoru İntel Core İ3-8121U prosessorudurki, bu prosessor Lenovo notebook-unda istifadə edilib. İntel Core İ3-8121U prosessoru dah əvvəl NUC sistemində ( Next Unit of Computing ) görülmüşdü. Prosessor 2 nüvəyə və Hyper Treading ilə 4 thread-ə sahibdir. 2.2 GHz sürətində işləyir prosessor. Turbo Boost ilə 3.1 GHz-ə qədər qalxır. TDP dəyəri 15 W-dır. Daxili GPU yoxdur. Bu məlumatlar online mağazada təqdim edilib. Bu məlumatların nə qədər düz olduğu haqqında dəqiq bir fikir yoxdu. Amma yəqin ki bu il İntel 10 nm texnologiyasına sahib prosessorlarını təqdim edər.
Aşağıdakı cədvəldə siz İntel-in istehsal etiyi prosessorlarda istifadə etdiyi nm texnologiyasını görürsüz.
|
Intel |
1999 |
180 nm |
2001 |
130 nm |
2003 |
90 nm |
2005 |
65 nm |
2007 |
45 nm |
2009 |
32 nm |
2011 |
22 nm |
2014 |
14 nm |
2016 |
|
2017 |
|
2018 |
10 nm? |
2019 |
10 nm! |