Bilirik ki, Ryzen-nin 2-ci nəsil prosessorları artıq bazarda mövcuddur. AMD yaxın zamanda bazara Ryzen 5 və Ryzen 3-cü nəsil prosessorlarını çıxaracaq.
Ryzen 5 2500X haqqında məlumatları sizlərə təqdim edirik. Ryzen 2500x prosessoru sabit halda 3.6 GHz, turbo bosst ilə 4.0 GHz sürətində işləyəcək. Bu prosessorda AMD-nin xüsusi özəlliyi olan XFR texnologiyasıda istifadə edilib. Bu özəllik Ryzen platformasında çox performans verib prosessorlara. 16 MB L3 keş yaddaşa sahibdir və 65W TDP dəyəri ilə Ryzen 5 1500x ilə eynidir. 12 nm texnologiyası ilə istehsal ediləcək. Geekbench dəyərlərində İntel İ7 7700 prosessoruna çox yaxın nəticələr əldə edib. Qiyməti təxmini olaraq 150-160 dollar arası və ya biraz üstü olacaq.
İntel İ7 7700 prosessorunun Geekbench nəticələri.
Ryzen 3 2300x prosessoru isə 3.5 GHz sabit sürətdə, 4.0 GHz turbo boost sürətində işləyəcək. XFR texnologiyası prosessorun bu sürətdə işləməsinə imkan verir. Bu prosessorda 12 nm texnologiyası ilə istehsal ediləcək. Bu prosessor 120-140 dollar arası olacaq. Hər iki prosesor 300 və 400 seriya anakartları dəstəkləyəcək.
İntel İ5 7600K Geekbench nəticələri.