Yaxın zamanda AMD mining-çilərə qarşı bir addım atdı. Belə ki, şirkət daxilində prosessor, ekran kartı və anakart olan qutu bazara çıxardıb. Bu addımla insanların daha rahat kompyuter yığmasına şərait yaradacaq. Çünki bazarda ekran kartlarını tapmaq asan iş deyil, həmçinin satılan ekran kartlarınında qiyməti həddindən artıq yüksəkdir. Bu qutunun adı isə AMD Combat Crate adlanır.
Qutunun daxilində olan hisslər aşağıdakılardan ibarətdir.
Ryzen 7 1700/ Ryzen 5 1600 prosessorları.
MSİ RX 580 ekran kartı.
MSİ B350 Tomahawk anakartı.
AMD bu addımla həm mining-çilərə qarşı çıxır, həm də əlində qalan 1-ci nəsil Ryzen prosessorlarını, anakartlarını satır. Bu hissələrin hər biri ayrılıqda müxtəlif qiymətə satılır və bunları ayrı-ayrı aldıqda ümumi qiymətdən baha olur.