AMD 2-ci Nəsil Ryzen Prosessorlarını Təqdim Etdi.

2-ci Nəsil Ryzen Prosessorları İntel-in 8-ci Nəsil Prosessorlarına Ən Böyük Rəqibidir.

 CES 2018-də AMD  CEO-su Lisa Su  aprel ayında 2-ci nəsil Ryzen prosessorlarını satışa çıxaracaqlarını açıqladı.Bu prosessorlar köhnə nəsilə görə daha performanslı olacaq.

AMD Ryzen 2-ci nəsil 12nm texnologiyasından istifadə edir.

NM nədir-nanometrdir, yəni prosessorlardakı  tranzistorlar arasındakı  məsafədir.Müəyyən bir prosessorda 1.5-2 milyard tranzistor olur.Bu transzistorlar bir-birinə yaxınlaşarkən istifadə etdilən  elektrik istifadəsi və prosessorun isinmə səviyyəsi aşağı olur.

AMD dizaynı ilə bu prosessrolar  "Zen +" adlanır. Gələn ildən “Zen+“ Ryzen 2000 seriyası prosessorları üçün High ClocksPrecision Boost 2-nin tətbiq olunması bu  prosessorları daha da güclü edəcək.Bu prosessorlar vasitəsi ilə oyun və mürəkkəb qrafikalı  proqramları rahatlıqla istifadə edə biləcəksiniz.

 

“Zen+” 2018-ci ilin 2-ci yarısında satışa çıxacaq.

AMD yeni prosessorları köhnə anakartlar ilə istifadə edilə biləcək.BİOS yeniləməsi  ilə anakartlar yeni prosessorları dəstəkləyəcək. 

Bununla yanaşı, yeni anakartlar istehsal ediləcək.Bu anakart  aşağı enerji istifadəsi və optimizasya ilə təkmilləşdirilmiş şəkildə istifadəyə veriləcək.Yeni nəsil prosessorlar X470 soketini dəstəkləyəcək və prosessorlar Aprel  ayında satışa çıxarılacaq.

AMD-nin bu yeni prosessorları İntel-in 8-ci nəsil prosessorları ilə rəqabət aparacaq.Bu da hər iki tərəfin istifadəçilərə daha yaxşı performans göstərmək üçün ciddi şəkildə çalışacaqlarını göstərir