Yenidən Ryzen ailəsi barəsində xəbərləri sizlərə təqdim edirik.Bilirik ki,AMD son zamanlarda təqdim etdiyi Ryzen ailəsi İntel-ə qarşı rəqabətdə güclənib.Belə ki,AMD yeni nəsil prosessorlarında ən son texnoloji xüsusiyyətləri birləşdirərək yeni Ryzen 2-ci Nəslini bizlərə təqdim etdi.Sizlərə Ryzen APU prosessorları barədə (yəni Ryzen 3 2200G və Ryzen 5 2400G prosessorları haqqında) məlumat vermişdik.Bugün isə sizlərə Ryzen 5 2600 və Ryzen 7 2700X haqqında məlumat verəcəyik.Biliriki,AMD prosessorları Render sahəsində İntel-dən daha performanslı və daha sürətli olub.Yeni modellərdə olan yeni özəlliklər bu prosessorlara daha da güc qatacaq.Gəlin prosessorların özəlliklərinə baxaq.
Ryzen 7 2700X prosessoru 8 core və 16 thread-a malikdir.16 MB L3 və 4 MB L2 Keş yaddaşa malikdir ki,ümumilikdə 20 MB olur və buda böyük göstəricidir. Prosessorun TDP 95W səviyyəsində saxlanılıb.Budaki XFR(AMD's Precision Boost and Extended Frequency Range (XFR) texnologiyasına görədir.Bu prosessor Ryzen 7 1700X prosessoruna yaxındır amma bu prosessorda tezlik nisbətən aşağıdır.
Ryzen 7 2700X prosessoru Ryzen 5 2600 prosessoruna görə 300 MHz daha çox tezlik sürətinə malikdir.Belə ki, Ryzen 5 2600 3.4 GHz ilə normalda işlədiyi halda, Ryzen 7 2700X 3.7 GHz sürətlə işləyir. Ryzen 7 2700X 4.1 GHz -ə qədər qalxa bilir( XFR 2.0 dəstəyi il 4.2-yə qədər qalxa bilər). Ryzen 5 2600 isə maksimum 3.8 GHz-ə qalxma imkanına malikdir.Ryzen 7 1700X normalda 3.5 GHz tezlik ilə XFR dəstəyi ilə 3.9 GHz-ə qalxa bilir.
Ryzen 5 2600 prosessorları isə 19 MB(L2 + L3) keş yaddaşa malikdir və 65W dəyərində TDP səviyyəsi təyin edilib.
AMD 2-ci nəsil Ryzen prosessorları ə son yenilikləri özündə birləşdirir.Belə ki, ZEN+ arxitekturası-Pinnacle Ridge 2-ci Nəsil Ryzen əsaslı prosessorları,yeni 12nm + ,Precision Boost 2.0, XFR 2.0 kimi özəl xüsusiyyətlərə malikdir.
Gələn ay isə Ryzen 2 haqqında və həmçinin Ryzen 3,Ryzen 5 və Ryzen 7 prosessorları,əlavə olaraq X470 anakartları haqqında daha ətraflı və dəqiq məlumatlara sahib olacayıq.