AMD-nin yeni Vega 20 ekran kartı ilə bağlı məlumatlar tapılıb. AMD yeni ekran kartında 7 nm texnologiyasından istifadə edəcək . Keçən il təqdim etdiyi RX Vega ekran kartları Nvidia ekran kartlarından performans baxımından geri qalmışdı. Bu il isə yeni ekran kartlarını daha güclü şəkildə təqdim edəcək.
3Dmark 11 bazasında Vega 20 ekran kartı haqqında məlumatlar var. Belə ki, ekran kartı 32 GB HBM2 yaddaşa sahib olacaq. Bu yaddaşın saat başı sürəti 1250 MHz olacaq və bu sürət AMD-nin keçən il təqdim etdiyi RX Vega 64 Liquid ekran kartından üstündür ( RX Vega 64 Liquid-in yaddaşının saat başı sürəti 945 MHz-dir).
Vega 20 ekran kartının nüvə (core) sürəti 1 GHz, RX Vega 64 Liquid -in nüvə (core) sürəti isə 1750 MHz-dir. Vega 20 7 nm texnologiyasına sahib olması onun GTX 1080 kimi 1.8-2.1 GHz aralığında istifadəsində daha çox performans əldə edəcəyini göstərir. Yəni Vega 20 daha çox saat başı sürət əldə edəcək. Bu isə performansa çox böyük şəkildə təsir göstərəcək.
Bir problem ola bilər ki, Vega 20 ekran kartının göstərilən saat başı sürəti səhv olar. Çünki bu məlumatların nə dərəcədə düz olduğu bilinmir. Əgər Vega 20 ekran kartının saat başı sürəti 1 GHz olarsa, AMD bu saat başı olan sürəti rahatlıqla artıra bilər.