AMD-nin gələcək Ryzen prosessorlarında nüvə sayı artırılacaq. Belə ki, yayılan xəbərlərə görə AMD 3-cü nəsil Ryzen platformasında nüvə sayini yüksəldəcək. İntel tək nüvəyə güc verir və oyunlarda daha güclü performans bizlərə təqdim edir. Amma AMD çoxlu nüvədə renderdə daha çox performans verir. Düzdü gələcəkdəki oyunların daha çox çoxlu nüvəyə əsaslanacaq. Bu isə AMD-nin xeyrinə olacaq.
Yayılan məlumatlar görə Ryzen 7 3700 seriyasında 12 nüvə və 24 thread olacaq. Amma Ryzen 7 3800X-də 16 nüvə və 32 thread olacaq. AMD-nin Ryzen 7 seriyasında nüvələrin sayını artıra bilirsə, onda Threadripper prosessorların nüvələrinidə artıra bilər. Threadripper prosessorlarında 32 nvə və 64 thread ola bilər. Bu isə yüksək texniki göstəricilərdir.
AMD-nin yeni Ryzen 3-cü nəsil prosessorları 2019-cu ildə təqdim edilcək.