Bugün yayılan məlumatlata görə Rusiya Müdafiə Nazirliyinin veb saytı kiber hücumlara məruz qalıb. Rusiya Müdafiə Nazirliyindən məsələ ilə bağlı edilən açıqlamada "Bu hücumların ən yeni yerli silahların adlarının müəyyən edildiyi sonuncu səsvermə vaxtı baş verdiyi" deyilib.
Gün ərzində Müdafiə Nazirliyi bu cür 7 hücum müşahidə edib ki, bu hücumlardan 5-nin orta güclü, 2-nin isə çox güclü olduğu qeyd edilib.
Hücumlar haradan edilib?
Məlumata görə hücumların əsas mərkəzi Qərbi Avropa, Şimali Amerika və Ukrayna torpaqlarıdır. Hücumların olduqca güclü olmasına baxmayaraq Müdafiə Nazirliyinin təhlükəsizlik xidməti bu hücumların qarşını almağı bacarıb.