Kiber fırıldaqçılar iş başında!

Son dövrlərdə yenidən fəaliyyətə keçən saxta endirim və ya hədiyyə çeki kimi ifadələrə insanları aldatmağa çalışan internet saytları təhlükə saçır. İctimai mediada və ya başqa internet saytlarında gəzişərkən hamımızın qarşısına çıxan saxta internet saytları var . 2012 və 2014-cü illər arasında sayı inanılmaz şəkildə artan bu tərz saxta internet saytları son dövrlərdə yenidən ortaya çıxmağa başladı. Dünyaca məşhur Gucci, Prada, Armani kimi lüks markalardan yüksək miqdarlarda hədiyyə çeki və ya endirim qazanacağınızı söyləyən saxta internet saytları sizdən kiçik bir forma doldurmanızı tələb edir və bu formadan ad, soyad, e-poçt, telefon nömrəsi kimi məlumatlarınıza sahib olurdular.


Saytı paylaşdığınız zaman e-poçtunuza endirim çəkinin yollanacağını söyləyən saxta internet saytları bu şəkildə dünya səviyyəsində milyonlarla istifadəçini aldatmağı bacardı. Əslində zərərsiz kimi görünən saxta internet saytlarının sahiblərinə verdiyimiz e-poçt və cib telefonu kimi fərdi məlumatları reklam şirkətlərinə sataraq çox böyük pullar qazanan fırıldaqçılar üzündən istifadəçilər çətin vəziyyətlərə düşə bilərlər. Son dövrlərdə yenidən fəaliyyətə keçən internet saytlarına qarşı diqqətli olmanızı və fərdi məlumatlarınızı bu tərz saxta saytlarla paylaşmamağınızı təklif edirik. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .