Heç bir şeyin tam güvəndə olmadığı bir ili geridə buraxmağa hazırlaşırıq. Xüsusilə kiber dünya üçün 2017-ci il özünü daha çox təhdid altında hiss etdiyi bir il oldu. Bu il qarşılaşdığımız "Hacking" hadisələri bunlardır:
Equifax-a hücum
Kibercinayətkarlar iyul ayında ən böyük kredit bürolarında biri olan Equifax-a sızdı və 145 milyon insanın şəxsi məlumatlarını ələ keçirdi. Görünür ki, sosial təhlükəsizlik nömrələri də daxil olmaqla oğurlanan bir çox məlumat Amerika ictimaiyyətini uzun illər təhdidə məruz qoyacaq.
Amerika Milli Təhlükəsizlik Mərkəzinin məlumatlarının oğurlanması
Aprel ayında Shadow Brokers adlı bir anonim qrup, Amerikan Milli Təhlükəsizlik Mərkəzinin sahibi olduğu iddia edilən bir sıra kiber hücum vasitələrini sızdırdı. Bu vasitələr Windows 7 və Windows 8-də daxil olmaqla, Windows serverlərini və Windows əməliyyat sistemlərini xakerlərə təhvil verməyə icazə verirdi. Microsoft mart ayından bu problemləri aradan qaldırdığını açıqladı. Ancaq bir çox biznes proqramı hələ də bunu düzəltməyib. Shadow Brokers sızan vasitələri istifadə edərək daha sonra WannaCry-a daxil oldu və ilin ən böyük qlobal kiber hücumlarında həmin vasitələrdən istifadə etdi. Mart ayında WikiLeaks Amerika Milli Təhlükəsizlik Mərkəzinin meydana gətirdiyi təhdid vasitələrini açıqlayan sənədləri nəşr etdi.
Yahoo
Yahoo-un əsas şirkəti olan Verizon oktyabr ayında Yahoo-un 2013-cü ildə 3 milyardlıq hesabının hər birinin hücuma uğradığını açıqladı.
Noyabr ayında keçmiş Yahoo CEO-su Marissa Mayer ABŞ Konqresinə 2016-cı ildə şirkətin yalnız 1 milyardlıq hesablarının kiber hücuma məruz qaldığını söylədi.
Bundan əlavə, bir Kanada xakeri bu il Yahoo-un 500 milyonluq hesabına 2014-cü ildən kiber hücumlar etdiyini etiraf etdi. Xakerin 2018-ci ilin fevral ayında cəzalandırılması gözlənilir.
NotPetya
İyun ayında kompüter virusu Notpetia Ukraynadakı biznesləri hədəf aldı. Daha sonra bu zərərli proqram FedEx, İngilis reklam agentliyi WPP, Rusiyanın neft və qaz nəhəngi Rosneft və Danimarka dəniz şirkəti Maersk kimi böyük qlobal şirkətlərə də yayıldı.
Sentyabr ayında FedEx problemi aradan qaldırmaq üçün üçün 300 milyon dollar xərclədiyini açıqladı. Şirkətin törəmə TNT Express şirkəti isə öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Sentyabr ayında FedEx problemi aradan qaldırmaq üçün üçün 300 milyon dollar xərclədiyini açıqladı. Şirkətin törəmə TNT Express şirkəti isə öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Xakerlərin məktəb məlumatlarını oğurlaması
Oktyabr ayında ABŞ Təhsil Departamenti təlimçilərinə, ailələrinə və K-12 perspektivlərinə xəbərdarlıq etdi ki, məktəb məlumatları kiber təhlükələrlə təhdid edilir.
Bu xəbərdarlıqdan qısa bir müddət sonra, ABŞ-ın Montana əyalətindəki bir məktəbin tələbələrinə və ailələrinə kibercinayətkarlar tərəfindən təhdid mesajları göndərildi. The Dark Overlord adlı kibercinayətkar qrupu valideynlərdən və pedaqoqlardan təhdid etdikləri faylları məhv etmək üçün pul tələb edirdi. Bu səbəbdən məktəb 3 gün bağlanmışdı.
Eyni qrup Netflix-i "Orange is the New Black" adlı serialın bölümlərini sızdırmaqla təhdid etmiş və istədikləri məbləğ ödənilmədikdə isə bu bölümləri internetdə yaymışdır.