ABŞ saytlarına kiber hücum ! ONLARLA MƏHŞUR SAYT DAYANDI !

İnternetdə ardıcıl böyük hücumlar reallaşır. Həyata keçirilən DDoS hücumlara görə onlarla məşhur sayta giriş kəsildi. ABŞ-ın yüzdə 78 -də İNTERNET kəsildi ! Nəhəng kiber hücumu Çin və Rusiyanın ABŞ-a qarşı etdiyi məlum oldu . Bu hücumların yalnız xəbərdarlıq məqsədli olduğu ifadə edildi. DDoS hücumunun ardından ABŞ-ın 78%-də internet kəsildi. Hücum sonrası ABŞ-ın milyardlarla dollar zərərə uğradığı öyrənildi. ABŞ tərəfindən edilən şərhdə hücumların araşdırıldığı deyildi . Hücuma uğrayan saytlar arasında Spotify, Reddit, Twitter, PlayStation Network, Netflix, SoundCloud və digər saytlar var.


DDOS hücum NƏDİR? DDoS (Distributed Denial of Service attack) üsulunda təcavüzkarlar serverə çox sayda kompüter üzərindən istəklər göndərərək serveri davamlı məşğul edirlər. Beləcə server sayta daxil olmağa çalışan istifadəçilərin sıxlığı səbəbindən cavab verə bilməz hala gəlir. Bu hücum ümumiyyətlə daha əvvəldən pis məqsədlə yaradılmış proqramlarla 'zombi' adı verilən kompüterlər üzərindən həyata keçirilir. BİR HÜCUM DA TÜRK XAKERLƏRİ TƏRƏFİNDƏN EDİLDİ ! ABŞ-ın DNS serverlərini hədəf alan türk xaker qrupu Aslan Neferler Tim New York Əyalət Bankının rəsmi internet saytını hədəf aldı. DNS serverlərinin hədəf alınmasıyla birlikdə New York Əyalət Bankının www.mynycb.com adlı rəsmi internet saytı ÇÖKDÜRÜLDÜ. ATM-lərə ciddi zərər verən hücum ABŞ saatıyla 07.00 radələrində edildi.


Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .