Intel Security-dən Kiber hücumlara qarşı Yeni Həll !

Intel Security kiber hücumlara qarşı yeni və sürətli işləyən təhlükəsizlik həllərini inkişaf etdirdiyini açıqladı. Tək mərkəzdən yönəldirilərək minimum qaynaqla maksimum qorunmanı təmin edən bu təhlükəsizlik arxitekturası maşın öyrənməsi və davranış analiz kimi tətbiqlərlə önə çıxır. Bu yeni nəsil təhlükəsizlik arxitekturası bir-birinə inteqrasiya ola bilən dörd sistem üzərində qurulub. Intel Securitynin yeni həllərinin təməlində isə maşın öyrənməsinə əsaslanan zərərli proqramların aşkarı sistemi və bulud texnologiyasına əsaslanan hücumları aşkar edən xidmətlər kimi əhəmiyyətli xüsusiyyətlər iştirak edir. Böyük kiber hücumlar qarşısında şirkətlərin və şəxslərin etibarını, zamanını və pullarını qorumaq üçün daha çox təcrübəli həllərə ehtiyacı olduğunu ifadə edən Intel Security Qrupunun aparıcı köməkçisi və baş direktoru Chris Young bunları söylədi : "Rəqəmsallaşma ilə birlikdə həm təşkilatlar, həm də fərdlərin təhlükəsizlik ehtiyaclarının əhatəsi çox sürətli bir şəkildə genişlənir. İstifadə edilən cihazlar və platformaların sayı artır və eyni zamanda strukturları dəyişir. Sinxron olaraq kiber hücumlər davamlı bir inkişaf çərçivəsindədir. Bu kompleks quruluşda minimum qaynaqla maksimum qorumanı təmin etmək üçün bizim təklifimiz yeni nəsil texnologiyaları sistemlərimizə inteqrasiya etmək və güclü bir iş birliyi şəbəkəsi qurmaqdr. Bu istiqamətdə bulud əsaslı və maşın öyrənməsi kimi daha əvvəlki sektorda istifadə edilmiş yeni tətbiqlərlə gücləndirdiyimiz məhsulları inkişaf etdirdik. Tək mərkəzdən idarə oluna bilən bu sistemlər rəqəmsal dünyanın hər nöqtəsini əhatə edə biləcək şəkildə hazırlandı. Eyni zamanda sektordakı bütün iştirakçıları birlikdə çıxarmağa və inkişafı təmin etməyə dəvət etdiyimiz McAfee Data Exchange Layer (DXL) adlı platformamızı inkişaf etdirməyə çalışdıq".


İndiki vaxtda kiber hücumların kompleks bir quruluş alması səbəbi ilə daha böyük bir təhlükəsizlik şəbəkəsi lazımdır. Bu ehtiyacın sürətlə artacağını nəzərdə saxlayan Intel Security qorumanı mükəmməl şəkildə təmin edən bir təhlükəsizlik arxitekturası yaratdı. Bu arxitektura dörd əsas qoruma sistemi ilə örtülür .Dinamik üç nöqtə, Əhatəli Məlumat Qoruması, Məlumat Mərkəzi , Bulud Qoruma və Ağıllı Təhlükəsizlik Əməliyyatları olaraq adlandırılan bu dörd sistem sektorun ən böyük açıq ekosistemi üzərində qurulur və bir-biri ilə inteqrasiyalı şəkildə çalışır.