Wi-Fi bağlantısının sürətinin aşağı olması ilə bağlı şikayətlər 2017-ci ildə qaldı.
CES 2018-də təqdim olunan məhsullardan biri də Oledcomm tərəfindən istehsal olunan MyLifi adlı cihazdır. 2005-ci ildən etibarən mövcud olan Li-Fi texnologiyası heç vaxt ictimayiyyət üçün tam açıqlanmamışdı. Bu texnologiya 2018 -ci ildən artıq evlərimizdə də olacaq.
Li-Fi, yəni Light Fidelity internetə bağlanılabilən cihazları LED işıq ilə təmin edir və onların internetə bu vasitə ilə bağlanmasına köməklik edir. Bu texnologiya MyLifi adlı kompüterə qoşulan cihazla ilk dəfə real olaraq həyata keçirildi. Bu cihaz vasitəsi ilə işıq dalğalarını alaraq internet bağlantısı təmin edə bilər və LED lampasından gələn dalğalarla internet bağlantısı bağlandıqdan sonra internetə Wi-Fi-dan daha sürətli qoşula bilərsiniz.
İnternet bağlantısı təmin edən LED işıqlarının düzəltmək, işıq tonunun parlaqlığını da tənzimləmək sizin əlinizdədir.
Hazırda satışa çıxarılacaq cihazın qiyməti 499 ABŞ dollarından başlayacaq.