Facebook daima inkişaf etdirməyə davam etdiyi xəbər qaynağı alqoritminə yeni bir funksiya əlavə etdi. Artıq xəbər qaynağındakı sıralanma istifadəçinin sürətinə bağlı olaraq dəyişəcək. Ötən ildən bəri bu xüsusiyyəti test edən Facebook internet əlaqəsi zəif olsa da istifadəçilərin Facebook-dan axıcı və problemsiz bir şəkildə yararlanmasını istəyir.
Əlaqənin zəif olduğu yerlərdə yükləməsi daha qısa sürən aşağı ölçülü şəkillər, daha sadə məzmunlu paylaşımlar ön plana çəkiləcək . Beləcə istifadəçi yüksək internet sürəti tələb edən səhifələr üçün uzun müddət gözləmək məcburiyyətində qalmayacaq. Bu funksionallıq Chrome kimi brauzerlərin etdiyi şəkildə internet sürəti yavaş olduğu zaman yalnız içəridəki yazının göstərilməsi və ya görünüşlərin lazımi sürətə çatan zaman sonradan yüklənməsi şəklində olmayacaq. Əgər istifadəçi paylaşıma aid fotoşəkillərin, videoların ən azından başlanğıc hissəsinin və ya Instant Articles-dakı bir yazının tam olaraq yüklənməyəcəyi bir sürətdə internet istifadə edirsə Facebook o mübadiləni internet əlaqəsi lazimi həddə çatana qədər tamamilə gizlədəcək və istifadəçiyə təqdim etməyəcək.
Facebookun belə bir funksionallığı təqdim etməkdə məqsədi internetin aşağı sürətdə olduğu bölgələrdə facebookdan istifadəni tam təmin etməkdən ibarətdir .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .