Facebookun pulsuz internet paylamağı məqsəd qoyan Free Basics tətbiqi yaxında böyük bir sürpriz edə bilər ...
Washington Postun söylədiyinə görə sosial media nəhəngi ABŞ hökuməti səlahiyyətliləri və kabelsiz daşıyıcıları ilə Free Basics xidmətini ABŞ-dakı milyonlarla adama təqdim edə bilmək üçün görüşür .
Bir Facebook spikeri isə edilən şərhdə bu cümlələri dedi : "Verə biləcəyimiz bir məlumat olmamasına baxmayaraq Facebookun vəzifəsi bütün dünyanı əhatə etməkdir və biz hər zaman bunun yollarını araşdırırıq, ABŞ da daxil olmaqla."
2014-ci ildə yaradılan Free Basics xidməti Dünya üzərində internet nəqliyyatının olmadığı və ya çox az olduğu bölgələrə bəzi internet saytlarını və xidmətlərini pulsuz olaraq təqdim etməyi qarşısına məqsəd qoyur. 36 ölkədə əlçatan olan xidmət Facebookun Asiya, Afrika və Latın Amerikada təsirini artırmasının bir üsulu olmuşdur.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .