Son illərin ən məşhur və bir o qədər də təhlükəli hacker qruplaşması Anonymous növbəti dəfə İŞİD terror qruplaşmasına ağır zərbə endirib. İŞİD-in internet resursunu hack edən qruplaşma bu dəfə OPISIS adı verilən əməliyyat çərçivəsi ilə sayta daxil olan istifadəçilərin də məlumatlarını əldə etməyi bacarıb.
Sayta yerləşdirilən APK faylı vasitəsilə bir neçə gün ərzində sayta daxil olan istifadəçilərin məlumatları ortaya çıxarılıb. Sayta daxil olan istifadəçilərin də İŞİD-lə bağlılığını nəzərə alan hacker qruplaşması istifadəçilərin məlumatını məhz bu səbəbdən götürüb. Bir müddət əvvəl sayta zərərli fayllar yerləşdirən Anonymous-un bu fəaliyyətindən İŞİD bir neçə gün sonra xəbərdar olub və bu müddət ərzində sayta daxil olan istifadəçilərin məlumatını əldə etmək mümkün olub.
Üzərindən müəyyən müddət keçdiyi üçün Google məlumatları indeksləyib və sayta daxil olan istifadəçilərə bu barədə xəbərdarlıq edib.