Bu restoranda bütün yeməklər 3 ölçülü printer vasitəsilə hazırlanır!
Gələcəkdə dünyanın bütün sahələrində istifadə edilməsi gözlənilən texnologiyalardan biri olan 3D printerləri sürətlə həyatımızın bir çox sahəsinə daxil olur. Daha əvvəl təşkil edilən müxtəlif sərgilərdə 3D printerlərlə hazırlanan yeməkləri görürdük, ancaq, 3D printer vasitəsilə hazırlanan yeməklərin qısa zamanda həyatımıza daxil olacağını təxmin edə bilməzdik.
Food Ink. dünyanın ilk 3D printerlərlə hazırlanan yeməkləri təqdim olunan 3D printerli restoranını ötən günlərdə İngiltərənin London şəhərində açdı. Bu restoran qısa müddətdə böyük maraq gördü.
Memarların, şeflərin, dizaynerlərin və mühəndislərin birgə çalışdığı bu restoranda ləzzətli və xoş görünüşlü yeməkləri müştərilərə təqdim edən Food Ink. bu printerlərlə hazırlanan yeməklərin sağlamlıq üçün təhlükəli olmadığını, 3D printerlərin yeməklər üzərində bu baxımdan heç bir mənfi təsir göstərmədiyini bildirdi.
3D printerli dünyanın ilk restoranı Food Ink. Londondan sonra ən əvvəl Hollandiyanın Venlo şəhəri olmaqla bir çox şəhərə bu restoranı daşımağı planlaşdırır. Food Ink.-in yeni istiqaməti isə Berlin, Dubay, Seul, Roma, Tel-Əviv, Barselona, Paris, Amsterdam, Toronto, Nyu-York, Taybey, Las-Veqas, San-Paulu, Tokio, Ostin, Sinqapur, Los-Anceles, Keyptaun, Sidney və Reykyavik şəhərləri olacaq.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .