Texnologiya.az olaraq sizə bu dəfəki məqaləmizdə Instagram sosial şəbəkəsindən silinmiş şəkilləri necə bərpa edə biləcəyinizi izah edəcəyik . Mobil telefonunuza yüklədiyiniz instagram tətbiqi müəyyən həcm tutur və bu həcmin bir hissəsi instagram-ın mobil tətbiqinə daxil olaraq ora yüklədiyiniz şəkillərin telefonunuzun yaddaşında qalması ilə əlaqədardır . Belə ki , siz Android əməliyyat sistemli cihazınızda My Files >> Pictures >> Instagram folder -a daxil olsanız həmin faylları orda görə bilərsiniz . Belə ki , instagram-a yüklədiyiniz şəkillər öncə bura nüsxələnir.
Bəs bu qovluq silindiyi halda nə etmək olar ?
Bu halda bərpa proqramları işinizə yaraya bilər . Aparılmış sınaqlara görə deyə bilərik ki , bərpa proqramlarının içərisində ən yaxşılarından biri easeus proqramıdır . Proqramın yükləmə linki:
http://download.easeus.com/trial/emsa_trial.exe
Qeyd edək ki , bu proqram vasitəsilə android telefonunuzun yaddaşından silinmiş şəkilləri , mesajları və şəxsləri bərpa edə bilərsiniz .
Aşağıdakı ardıcıllıqla instagramdan silinmiş şəkilləri bərpa etməyə başlaya bilərsiniz.
1. Faylı komputerinizə quraşdırın.
2. Yüklədiyiniz faylın üzərinə iki dəfə vurun və proqramı komputerinizə quraşdırın.
3. Proqram yükləndikdən sonra telefonunuzu USB vasitəsilə komputerinizə qoşun .
4. Telefon qoşulduqdan sonra Start düyməsinə basın. Qeyd edək ki , proqram telefonunuzun ROOT olunmasını tələb edəcək . Əgər telefon ROOT olunubsa bunu etməyə ehtiyac qalmayacaq.
5.Silinmiş məlumatları axtarışa verərək məlumatların bərpasını təmin edə bilərsiniz. Bərpa olunması mümkün olan faylları seçərək Recover düyməsinə basıb həmin faylları komputerinizdə uyğun yerdə saxlaya bilərsiz