iTunes açığı faylları silir

iTunes-da bir açığın musiqi fayllarını sildiyi açıqlandı. Problemi qəbul edən Apple önümüzdəki həftə bir yeniləmə ilə problemi həll edəcəyini bildirib. IOS-un cihazlarla sinxronizasiya etməyi təmin edən iTunes proqramı Apple-ın uzun illərdir istifadə etdiyi bir xidmətdir. Ötən günlərdə ortaya çıxan bir problem səbəbiylə bəzi istifadəçilər iTunes'un musiqi fayllarını sildiyini iddia etmişdi. iTunes'un istifadəçilərin kompüterlərində olan bəzi musiqi fayllarını sildiyi iddiaları ortaya çıxmışdı . Mövzuyla əlaqədar yazılı şərh edən Apple problemin bir açıqdan qaynaqlandığını və ən qısa zamanda bu problemin həll ediləcəyini bildirib. Göndəriləcək bir yeniləmə ilə problemi aradan qaldıracağını ifadə edən Apple problemin qaynağı ilə əlaqədar məlumat vermədi və səhvin kiçik bir istifadəçi qrupuna təsir etdiyi bildirdi . Bənzər problem yaşayan istifadəçilərin AppleCare ilə əlaqə saxlamağı tövsiyyə edildi . Musiqi fayllarının silinməsi ilə əlaqədar bir həll yolu tapıla bilmədiyi üçün hələlik iTunes istifadəçilərinin kompüterdəki fayllarının nüsxəsini götürməsi ən məntiqli həll yolu kimi görünür. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .