1.Samsung-un "Mobilimi tap" xidməti
Əgər Samsung marka bir telefonunuz varsa ilk öncə Samsung hesabınıza daxil olun. Daxil olduqdan sonra soldakı bölmədə “Ekranımı kilidlə” düyməsinə basın , yeni bir PİN daxil edin və alt qisimdəki Kilid düyməsini seçin.
2.“Şifrəni Unutdum” funkisiyası
Android cihazınızda 5 kilidləmə cəhdindən sonra “30 saniyə sonra yenidən cəhd edin”. Bunun altında yerləşən “Şifrəni unutdum” düyməsini basın. Daha sonra açılan səhifədən gmail hesabınıza daxil olun . Daxil olduqdan sonra yeni şifrənizi təyin edə bilərsiniz
3.Yaddaşı sıfırlamaq
Cihazınızda saxlanılan məlumatların silinməsi sizin üçün bir problem deyilsə və ya ehtiyatınız varsa telefonunuzun parametrlərini sıfırlaya bilərsiniz. Bu, cihazınızdan asılı olaraq fərqlənə bilər. Səs azaltma , ev və güc düymələrinə basıb saxlayın. “Rescue” rejimi açılır. Burada səs yüksəltmə və azaltma düymələrini aşağı-yuxarı hərəkət üçün istifadə edərək wipe data\factory reset üzərinə gətirin və seçmək üçün güc düyməsinə basın. Daha sonra isə prosesi təsdiqləyərək telefonunuzu ilk günki halına qaytara bilərsiniz.